Türkiyənin Adıyaman şəhərində baş verən zəlzələ Atatürkün heykəlini dağıda bilməyib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Vətəndaşlardan biri deyir ki, şəhərin Gölbaşı səmtində bütün binaların dağılmasına baxmayaraq ərazidə quraşdırılan Atatürkün heykəli zədə almayıb.
Onun sözlərinə görə, Atatürk əbədi yaşayacaq, sunami, tornado, hətta zəlzələ də onun heykəlini dağıda bilməyəcək.
Milli.Az