Dünya

Fransada suya qənaət dövrü başlayır

23 Fevral 2023 09:08
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudiyyətlər tətbiq oluna bilər.

Bunu Fransanın ətraf mühit naziri Kristof Beşu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədbirlər sırasında içməli suyun evlərin çöl divarlarının, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadəsinə qadağa qoyulması, həmçinin suvarma üçün istifadə olunan suyun miqdarının azaldılması da var.

Məlumata görə, bu tədbirlər qışdakı rekord quraqlıqla bağlıdır. Belə ki, Fransanın "Meteo France" meteoroloji xidmətinin məlumatına görə, yanvarın 21-dən etibarən ölkə ərazisində yağıntının miqdarı sutkada 1 mm-dən az olub.

Meteoroloqlar qeyd edirlər ki, ölkədə son 32 gün ərzində əhəmiyyətli yağış yağmayıb ki, bu da 1959-cu ildən bəri ən uzun müddətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.