Dünya

"ABŞ və Rusiya prezidentlərinin çıxışı dünyadakı durumun gərginləşməsini göstərir"

22 Fevral 2023 08:59
Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin müraciəti, eləcə də ABŞ prezidenti Co Baydenin Varşavadakı çıxışı dünyanın daha da gərginləşmə istiqamətində hərəkətini davam etdirdiyini göstərib.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç "Pink" telekanalına müsahibəsində bildirib.

"Prezident Putin üçün həqiqət Rusiyanın, onun tərəfindədir. Prezident Bayden üçün isə Ukrayna Rusiyanın qalib gələcəyi yer deyil. Bütün bunları eşidəndə və bütün bunları nəzərdə tutanda aydın olur ki, biz münaqişənin alovlanması və daha da gərginləşməsinə doğru irəliləyirik".

Serbiya lideri vurğulayıb ki, hər iki prezident "çıxışlarında barışmazlıq və ədalətsizliyi düzəltmək əzmini nümayiş etdiriblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.