Dünya

ABŞ prezidentindən Ukrayna səfərinin ardınca daha bir GÖZLƏNİLMƏZ SƏFƏR - Bu dəfə...

21 Fevral 2023 07:18
Baxış: 1 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Kiyevə səfərdən sonra Polşaya gedib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.

O, Pirzamisil şəhərindən təyyarə ilə Varşavaya uçacaq və paytaxt Varşavada ölkə lideri Anjey Duda ilə görüşəcək.

Öncə Bayden və Dudanın təkbətək görüşü olacaq, sonra isə mətbuat konfransı keçiriləcək. Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə etməyi planlaşdırır.

Bu, Amerika prezidentinin Polşaya ikinci səfəridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.