Dünya

Fransa Ukraynaya tank yollayacaq

20 Fevral 2023 07:38
Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisin Ukraynaya göndərdiyi "AMX-10RC" təkərli tanklarI həftə sonunda təhvil veriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu "Parisien" nəşrinə müsahibəsində deyib.

"Bu tanklar həftənin sonunda təhvil veriləcək", - deyən nazir şəxsi heyətin hazırlığının başa çatdığını bildirib.

Eyni zamanda, Lekornu çatdırılacaq tankların sayını dəqiqləşdirməyib. "Forces Operations" nəşri ordudakı yazır ki, Kiyev 14 zirehli maşın alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.