Dünya

Britaniyada Ukrayna üçün dron-kamikadze yaradıldı - FOTO

19 Fevral 2023 13:51
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulan dron-kamikadzelər yaradılır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dron-kamikadzelərin yaradılması proqramına Britaniya Müdafiə Nazirliyi rəhbərlik edir.

Bu barədə Britaniyanın müvafiq məxfi proqramında iştirak edən "QinetiQ" şirkətindən məlumat daxil olub.

Bildirilir ki, Britaniya hərbi qurumunun rəhbərliyi altında bir neçə eksperimental dron hazırlanıb və uçuş sınaqları keçirilib. Onlardan bəziləri, məsələn, 3D printerdə çap olunmuş delta qanadlı dron-kamikadze Ukraynaya göndəriləcək.

Qeyd olunur ki, proqramda ümumilikdə uçan aparatların hazırlanması üzrə ixtisaslaşmış beş şirkət iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.