Dünya

Fransa üzərində Yer atmosferinə çırpılan asteroid görüntüləndi - VİDEO

14 Fevral 2023 19:40
Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa üzərində kiçik asteroid Yer atmosferinə çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kosmik daş parçasının eni cəmi bir metr olsa da, onu aşkarlamaq və trayektoriyasını hesablamaq mümkün olub. Həmçinin onun düşməsi barədə öncədən proqnoz verilib.

Bu cəmi yeddinci dəfədir ki, meteor Yerə toqquşmazdan əvvəl aşkarlanıb. Bir neçə ay əvvəl astronomlar meteoru Kanadanın üzərinə düşməsinə saatlar qalmış aşkar ediblər.

Kosmosda hərəkət edən bu cismin kiçik ölçüsünü nəzərə alsaq, onun, ümumiyyətlə, zərbəyə qədər görülməsinə nail olunması təəccüblüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.