Dünya

Müəllimlə dalaşan şagird özünü öldürdü

13 Fevral 2023 23:45
Baxış: 1 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada 9-cu sinif şagirdi müəllimlə münaqişədən sonra intihar edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, məktəblinin meyiti Ramenskoyedə yaşadığı mənzildə tapılıb. Sinif yoldaşlarının sözlərinə görə, bir gün əvvəl yeniyetmə müəllimlə mübahisə edib.

Həmçinin gimnaziyanın şagirdləri şagirdin beşinci sinifdən müəllimlərlə münasibətlərinin gərgin olduğunu bildiriblər. Eyni zamanda mərhumun yaxınları bildiriblər ki, o, müəllimlərlə münaqişələrdən şikayət etməyib, intihardan danışmayıb.

İlkin məlumata görə, oğlan naməlum maddədən zəhərlənərək ölüb. Hazırda polis və İstintaq Komitəsinin əməkdaşları tərəfindən istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.