Dünya

Kadırovun köməkçisinə qarşı sui-qəsd cəhdi olub

13 Fevral 2023 11:39
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırovun köməkçisi, "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinova qarşı sui-qəsd cəhdi olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ramzan Kadırov öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, fevralın 8-i general Alaudinova zəhərli maddəyə bulaşdırılmış zərf göndərilib. Alaudinov zərfin zəhərli olduğunu anlayıb və vaxtında tədbir görüb. Buna baxmayaraq, komandir xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.