Dünya

Marsda qədim gölün izləri kəşf edildi - FOTO

13 Fevral 2023 20:40
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA-nın "Curiosity" roveri fevralın 12-də qədim Marsda suyun varlığına dair aydın sübutlar tapıb.

Cihaz qayaların dalğalı teksturasını çəkərək qədim zamanlarda bu yerdə dayaz bir gölün olduğunu ehtimal edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, NASA alimlərinin fikrincə, milyardlarla il əvvəl bu gölün səthindəki dalğalar onun dibindəki çöküntüləri qarışdırıb, su quruduqca həmin çöküntülər dalğalı forma alıb.

"Bu, bütün missiya ərzində gördüyümüz su və dalğaların varlığının ən yaxşı sübutudur", - deyə NASA-nın Reaktiv Sürət Laboratoriyasının Maraq Layihəsi üzrə alimi Eşvin Vasavada bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.