Dünya

Almaniyanı SSRİ-yə hücuma vadar etmişdilər...

13 Fevral 2023 08:49
Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Almaniya və Rusiya arasında yaxınlaşmaya imkan vermək istəmir, çünki belə bir ittifaq çox güclü görünür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Qərb siyasətçilərinin alçaqlığı hamıya məlumdur. İndi Ukraynanın Rusiyaya qarşı çıxması və Kiyev vasitəsilə bütün Qərbin Kremllə müharibəsi aparması planı Almaniya ilə Rusiya arasında yeni yaxınlaşmanın qarşısının alınmasını nəzərdə tutur", - o bildirib.

Lavrovun fikrincə, Avrasiya qitəsində tarixi dönüşlər Rusiya və Almaniyanı müttəfiq edən kimi onlar uğur qazandılar və təsirləri kəskin şəkildə artdı:

"Rusiya-Almaniya yaxınlaşması istər Birinci Dünya müharibəsi ərəfəsində, istərsə də Birinci və İkinci Dünya müharibələri arasında çoxlarının xoşuna gəlmədi. Qərb ölkələri Almaniyanı açıq şəkildə SSRİ-yə qarşı müharibəyə hazırladılar, 1938-1939-cu illərdə onunla təcavüz etməmək haqqında pakt imzaladılar. Və 1939-cu ildə biz belə bir pakt imzalamağa məcbur olanda dedilər ki, İkinci Dünya müharibəsinin səbəbi budur".

O qeyd edib ki, məhz Rusiya ilə Almaniya arasında ittifaqın, o cümlədən enerji ittifaqının möhkəmlənməsinin qarşısını almaq üçün "Şimal axını-1" və "Şimal axını-2" partladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.