Dünya

Almaniya Türkiyədəki dəhşətli zəlzələ qurbanları üçün hərəkətə keçdi - 3 aylıq viza verəcək

12 Fevral 2023 21:36
Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyada Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənləri müvəqqəti yerləşdirmək üçün bir iş qrupu yaratdıqlarını açıqlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Almaniyanın Daxili İşlər Naziri Nensi Faeser danışıb.

"Almaniyadakı türk və ya suriyalı ailələrin bürokratik olmayan bir şəkildə fəlakət bölgəsindəki qohumlarını yanlarınd gətirmələrini, sığınacaq və müalicə etmələrini təmin etmək istəyirik. Vizalar tez bir zamanda veriləcək və 3 ay üçün etibarlı olacaq",- deyə Nensi Faeser bildirib.

Almaniya Daxili İşlər Nazirliyi ilə ortaq bir plan həyata keçirdiklərini ifadə edən Annalena Baerbok isə bunları deyib: "Almaniya hökuməti olaraq Almaniyadakı ailələrin zəlzələdən zərər çəkmiş, evsiz qalan və müalicəyə ehtiyacı olan yaxınlarını müvəqqəti olaraq yanlarına gətirmələrinə kömək etmək istəyirik. Bunun üçün işçi qrupu yaradılıb, prosesi mümkün qədər tez həll etməyə çalışacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.