Dünya

Bu, şokdur: Ermənistan müharibə meydanına çevrilir

12 Fevral 2023 11:51
Baxış: 1 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Rusiya ilə Qərb arasında "onlayn rejimdə" toqquşma iki nöqtədə yaşanır: Ukrayna və Suriyada.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Benyamin Matevosyan deyib.

"Ermənistanın indiki hakimiyyətinin üzləşdiyi ən böyük problemlərdən biri odur ki, Ermənistan artıq Rusiya və Qərb arasında diplomatik toqquşma meydanına çevrilib. Ermənistan bu toqquşmanın real ola biləcəyi istiqamətə doğru inamla irəliləyir.

Siz çox aydın şəkildə başa düşməlisiniz ki, bu, Ermənistanın və hətta Qarabağın hərbi platformaya çevrilməsinə gətirib çıxaracaq. Başa düşürəm ki, çoxları üçün bu şokdur, bəlkə də emosional nöqteyi-nəzərdən bunu qavramaq çox çətindir, lakin mən bu ziddiyyətlərin başqa təzahürünü təsəvvür edə bilmirəm", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.