Dünya

İsrail İrana xəbərdarlıq etdi

10 Fevral 2023 14:28
Baxış: 3 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə İsrail buna çox sərt cavab verəcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələri bildirib.

Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüt etmədən həmin karvana hücum edəcək.

Bildirilib ki, İranın Bəşşar Əsəd rejimi və Livandakı "Hizbullah"a vəziyyətdən istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair məlumatlar var.

İsrail mənbələrinin informasiyasına görə, İran Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.