Dünya

Dağıntılardan çıxarılan kimsəsiz uşaqların aqibəti necə olacaq? - Rəsmi açıqlama

9 Fevral 2023 07:45
Baxış: 2 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Uşaqlarımızı yaratdığımız məlumat forması ilə qeydiyyatdan keçiririk. Onların şəkillərini, göz və saç rəngini qeyd edirik. Sonra fotosunu çəkib Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) hazırladığı məlumat sisteminə yükləyirik".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Uşaq Xidmətləri üzrə baş direktoru Musa Şahin deyib.

O, zəlzələ bölgələrində dağıntılar altından çıxarılan, yanında ailəsi olmayan uşaqlar barədə danışıb.

Bildirib ki, ilk iş xilas olunan uşaqların zəlzələ riski olmayan əyalətlərə köçürülməsidir:

"Bu uşaqlar üçün qolbaq sistemi tətbiq edəcəyik. Belə ki, uşağı əyalətə köçürərkən ona ağ qolbaq taxıb adını yazıb nömrə verəcəyik. Rəqəmsal sistemə əsasən, hər vilayət üçün fərqli rəngdə qolbaq veriləcək. Sonra uşaqların ailələri dağıntılar altından hansı şəhərdə çıxdıqlarını söylədikdə uşaqlarını daha rahat tapa biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.