Dünya

Şerif İsmail vəfat edib

5 Fevral 2023 21:32
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gecə Misirin sabiq Baş naziri Şerif İsmail vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Şerif İsmail uzun sürən xəstəlikdən sonra şənbə gecəsi Qahirədə 86 yaşında həyatını itirib.

Sabiq Baş nazirlə vida mərasimi paytaxtın Yeni Qahirə rayonunda marşal Hüseyn Tantavi adına məsciddə keçirilib. Vida mərasimində Misir Prezidenti Abdel Fəttah as-Sissi, Baş nazir Mustafa Matubli və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Abdel Fəttah as-Sissi Şerif İsmailin mürəkkəb dövrdə Misirə böyük əmək və şərəflə xidmət etdiyini, xalqın bunu yüksək qiymətləndirdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.