Dünya

Şimali Koreya lideri orta yaş sindromuna düçar olub

18 Yanvar 2023 09:07
Baxış: 1 246
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şimali Koreya lideri Kim Çen In orta yaş böhranı səbəbindən içkiyə qurşanıb.

İddiaya görə, Şimali Koreya dövlətinin başçısı hər gün spirtli içki içir və mütəmadi olaraq ağlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Şimali koreyalı alim Çxve Cinvuk tezliklə 40 yaşı tamam olacağı üçün Kim Çen Inın səhhətindən narahat olduğunu bildirib.

"O, çox tənhadır və təzyiq altındadır", - Cinvuk deyib.

İddia olunur ki, həkimlər və həyat yoldaşı KXDR liderinə daha tez-tez idmanla məşğul olmağı tövsiyə ediblər, lakin o, bu tövsiyələrə məhəl qoymur. Kim Çen In artıq çəkilidir və həddindən artıq siqaret çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.