Dünya

Baydenin evində daha bir neçə məxfi sənəd aşkarlandı

15 Yanvar 2023 15:11
Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti yanında işləyən vəkillər dövlət başçısının şəxsi iqamətgahında düzgün saxlanılmayan daha bir neçə məxfi sənəd aşkar ediblər. Tapıntı barədə Ağ Evdən məlumat verilib.

Prezident Co Baydenin müşaviri Riçard Sauber izah edib ki, vəkillər Amerika liderinin iqamətgahının yerləşdiyi Delaverdə "məxfi" kimi təsnif edilən bir sənəd tapıblar. Amerika nəşrləri artıq bu həftə həmin tapıntı barədə məlumat verib.

Vəkillər tapıntı barədə ABŞ Ədliyyə Nazirliyinə bildiriblər. Sənəd Ədliyyə Nazirliyinin əməkdaşlarına təhvil verilərkən daha beş vərəq tapılıb.

"Ümumilikdə, indi altı vərəqimiz var", - deyə müşavir bəyan edib.

O, vurğulayıb ki, tapılan bütün sənədlər Baydenin ABŞ-ın vitse-prezidenti olduğu dövrə aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.