Dünya

Yerə bənzər planet kəşf edildi - FOTO

13 Yanvar 2023 19:16
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"James Webb" kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, planet ölçüsünə görə Yerə bənzəyir.

Kəşf edilən göy cisminə "LHS 475 b" adı verilib. O, Günəş sistemindən 41 işıq ili məsafəsində Oktant bürcündə yerləşir. Diametri Yerin diametrinin təxminən 99%-ni təşkil edir. Həmçinin orada istilik Yerdəkindən bir neçə yüz dərəcə çoxdur.

Elm adamları hələki planetin tam təsvirini verə bilmirlər. Ancaq dəqiq məlumdur ki, məsələn, Saturnun peyki olan Titanda olduğu kimi, metan tərkibli sıx atmosfer yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.