Dünya

Dünyanın ən böyük göllərindən biri insanları zəhərləyə bilər

12 Yanvar 2023 19:32
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin fikrincə, Qərb yarımkürənin ən böyük gölü olan Yuta ştatındakı böyük duz gölü yaxın beş il ərzində yox ola bilər. Bu səbəbdən milyonlarla insan gölün dibinə çökmüş zəhərli tozun təsirinə məruz qala bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1850-ci ildən bəri duz gölü suyunun 73%-ni və səthinin 60%-ni itirib. Gölə ildə əlavə 1,234 milyard litr su əlavə etmək üçün təcili tədbirlər görülməsə 2024-cü ilin sonuna qədər o, quruyacaq və zəhər mənbəyinə çevriləcək.

Qeyd edək ki, böyük duz gölü 10 milyon köçəri quş üçün yaşayış yeri təmin edir və Yutaya ildə təxminən 2,5 milyard dollar iqtisadi gəlir gətirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.