Dünya

Kirovda drondan istifadə qadağan olundu

11 Yanvar 2023 07:35
Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kirov vilayətində dronların istifadəsinə qadağa qoyulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov sərəncam imzalayıb.

"Dövlət orqanlarının, tabeliyində olan təşkilatların, digər müəssisə və təşkilatların dövlət orqanları və tabeliyində olan təşkilatlarla bağlanmış müqavilə əsasında istifadə etdikləri pilotsuz uçuş aparatları istisna olmaqla, Kirov rayonunun ərazisində pilotsuz uçuş aparatlarının istifadəsini qadağan etmək qərarına gəlirəm", - qubernator sərəncamında qeyd edib.

O, vilayətdə ictimai asayişin mühafizəsini gücləndirmək üçün sözügedən addımı atdığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.