Dünya

Rəfsəncaninin qızına hökm oxundu

10 Yanvar 2023 11:21
Baxış: 1 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Faizə Haşimiyə 5 il həbs cəzası verilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Qulaməli Riyahi sosial mediada paylaşım edib.

Bildirilir ki, F.Haşimiyə qarşı "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmə", "İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozmaq" ittihamları irəli sürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.