Dünya

Ana 7 yaşlı oğlunu bıçaqladı

9 Yanvar 2023 20:48
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanının Kolomenski mikrorayonunda sərxoş ana öz oğluna bıçaqla hücum edib, uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az xəbər verir ki, yerli sakinlər təcili yardım və polis çağırıblar. Həkimlər mənzildə mədə nahiyəsindən bıçaq xəsarəti alan yeddi yaşlı uşaq tapıblar.

İlkin məlumata görə, sərxoş ana uşağa bıçaqla hücum edib.

Qonşuların dediyinə görə, ailə artıq onlara xeyli problem yaradıb. Yerli sakinlər mənzildən uşaqların davamlı qışqırmasından və ağlamasından şikayətləniblər. Valideynlər spirtli içki aludəçisidir.

Vəziyyəti ağır olan yaralı uşaq Moskva Regional Elmi-Tədqiqat Klinik İnstitutunun xəstəxanasına yerləşdirilib, əməliyyatı uğurla keçib. Kiçik uşaqlar qəyyumluq orqanları əməkdaşları tərəfindən ailədən götürülüb. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.