Rusiyada, Permdə 36 yaşlı kişi üç yaşlı qızını vanna otağında vedrədə boğub, bundan sonra günahını etiraf edərək polisə müraciət edib.
Milli.Az REN TV-yə istinadən bildirir ki, polis hadisənin təfərrüatlarını araşdırır, yoxlamanın nəticələrinə əsasən cinayət işi başlanacaq. Əvvəllər kişi adam döyüb və buna görə mühakimə olunub. O, hazırda saxlanılıb.
İrfan Vəliyev
Milli.Az