Dünya

"İnflyasiyanı iki dəfə azaldacağam"

4 Yanvar 2023 20:37
Baxış: 727
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2023-cü ildə inflyasiyanı iki dəfə azaldacağam.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, qanunsuz miqrantlarla bağlı problemi həll edəcək yeni qanunlar qəbul ediləcək:

"Hakim Mühafizəkarlar Partiyası iqtisadiyyatın inkişafına, dövlət borcunun azaldılmasına, Milli Səhiyyə Sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına, həmçinin qanunvericiliyə dəyişikliklərin edilməsinə diqqət yetirəcək".

Qeyd edək ki, son statistik məlumatlara görə, ötən ilin noyabrında Britaniyada illik inflyasiya 10,7% təşkil edib. Bu da demək olar ki, 40 ildə rekord göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.