Dünya

Almaniyadan Rusiyaya şok: Hökumət razı olacaq...

4 Yanvar 2023 12:30
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AB müttəfiqləri Rusiyaya məxsus dondurulmuş aktivlərin istifadəsiylə bağlı Ukraynanın tələbini dəstəkləyərsə, Almaniya hökuməti də buna razı olacaq.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini də olsa, müsadirə etməyi düşünməlidir. Almaniyanın maliyyə naziri Kristian Lindner isə bu fikrə daha ehtiyatla yanaşır.

Nəşrin mənbələri bildirir ki, Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirə edilməsi təhlükəli presedent yarada bilər. Bu isə Avropanı hüquqi problemlə üzləşdirəcək.

"Kansler Olaf Şolts hökuməti Ukraynanın müharibə təzminatı tələbini dəstəkləyir. Lakin Rusiya dövlətinin aktivlərinin müsadirə edilməsi ilə bağlı hələ də rəsmi mövqe nümayiş etdirməyib", - nəşr qeyd edib.

Bundan əlavə bildirilir ki, hazırda AB Rusiya aktivlərindən istifadə etmək üçün qanuni yollar tapmağa çalışır. Ancaq bu proses illərlə uzana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.