Dünya

"Şiddətli döyüşlər gedir"

4 Yanvar 2023 08:34
Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd olunub ki, Zalujnı Milliyə Ukraynanın ilk növbədə quru və hava məkanında əməliyyat və strateji vəziyyətdəki dəyişikliklər barədə məlumat verib.

O bildirib ki, Svatovo-Kremennoy xəttində, eləcə də Lisiçansk istiqamətində şiddətli döyüşlər gedir. Ən çətin vəziyyət Soledar-Baxmut-Mayorsk cəbhəsində qalır. Orada düşmən cəsədləri üzərində irəliləməyə çalışır, lakin Müdafiə Qüvvələrinin bölmələri çətinliklə olsa da, düşmənin hücumunu dayandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.