Dünya

Blinkenin Lavrova gizli mesajı...

4 Yanvar 2023 08:22
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Eli Koendən Rusiyanın xarici işlər naziri Sergey Lavrova gizli mesajı çatdırmağı xahiş edib.

Milli.Az bildirir ki, bu barədə xarici KİV israilli diplomatın sözlərinə istinadən məlumat yayıb.

"Dünən Blinken Koendən Lavrova mesaj çatdırmağı xahiş etdi, lakin onların nə ilə bağlı olduğunu açıqlamadı", - israilli siyasətçi deyib.

Koenin əvvəlcə Ukraynadan olan həmkarı Dmitri Kulebaya zəng edəcəyi gözlənilirdi, lakin bu baş verməyib.

İddia edilir ki, indi Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri yaxın gələcək üçün Koenlə ünsiyyət qurmaq istəməyə bilər.

"Federal Xəbər Agentli"yinin məlumatına görə, Blinken ikitərəfli əlaqələri və İrandan gələn təhdidləri müzakirə etmək üçün Koenlə telefonla danışıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Koenə zəng etdiyini bildirib.

RT xəbər verir ki, onlar Rusiya ilə İsrail arasında münasibətləri, həmçinin Ukraynadakı vəziyyəti müzakirə ediblər. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.