Dünya

35 metrlik beton dirəyin içərisinə yıxılan uşaq 2 gündür tapılmır

3 Yanvar 2023 08:47
Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnamın Donq Thap əyalətində qəribə hadisə baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 10 yaşlı uşaq yerin altına salınmış, ortasında 25 sm enində dəlik olan 35 metrlik dirəyin içərisinə yıxılıb.

2 gün uşağı axtaran xilasedicilər onu beton dirəyin içərisində tapa bilməyiblər.
Sütunun darlığı səbəbindən içəri girə bilməyən xilasetmə qrupları uşağın boğulmaması üçün sütunu tamamilə torpaqdan çıxarmağa çalışdıqlarını və mütəmadi olaraq oksigen vurduqlarını bildiriblər. Bildirilib ki, oğlan metal yığmaq üçün tikinti ərazisinə gəlib və bu zaman dəlikdən içəri yıxılıb.

Vyetnamın Baş naziri Pham Minh Chinh əyalət axtarış-xilasetmə qruplarına xilasetmə işlərinə qoşulmağı tapşırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.