Dünya

Putin bununla bağlı tapşırıq verib

31 Dekabr 2022 18:10
Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin hökumətə pilotsuz aviasiyanın inkişafı üzrə komissiya yaratmağı tapşırıb, komissiyaya Baş nazirin birinci müavini Andrey Belousov rəhbərlik edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

Hökumətə bunun üçün dövlət siyasətinin reallaşdırılması üzrə təklifləri hazırlamaq, pilotsuz aviasiyanın hazırlanması, istehsalı və istismarı, kadrların hazırlanması barədə məsələləri həll etmək tapşırılıb. Bununla əlaqədar hökumətə 2023-cü il fevralın 15-dək vaxt verilib. Hökumət komissiyası pilotsuz aviasiyanın inkişafına dair ilk hesabatı gələn il aprelin 30-dək, daha sonra isə ildə bir dəfə bu barədə hesabatı dövlət başçısına təqdim etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.