Dünya

“Rusiya çıxılmaza düşüb” - Zelenski

30 Dekabr 2022 23:41
Baxış: 1 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər raket hücumu ilə Rusiya özünü dərin çıxılmaza salır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibə ilə bağlı son vəziyyəti qiymətləndirərkən deyib.

O, Rusiya qüvvələrinin cümə axşamı raket və pilotsuz uçuş aparatları (PUA) ilə yenidən Ukraynaya hücum etdiyini xatırladıb.

Qeyd edib ki, ölkənin müxtəlif bölgələrinə qarşı atılan Rusiya raket və PUA-larının əksəriyyəti Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

"54 raket və 11 İHA məhv edilib. Rusiya çıxılmaza düşüb, nə edəcəyini bilmir",- deyə Zelenski bildirib.

O, bəzi raketlərin enerji infrastrukturlarına dəyməsi nəticəsində Ukraynanın əksər bölgələrində elektrik enerjisinin kəsildiyini deyib:

"Axşam saatlarından etibarən Ukraynanın əksər bölgələrində elektrik enerjisində fasilələr var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.