Dünya

Nazir istefa verdi

27 Dekabr 2022 22:08
Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın yenidənqurma işləri naziri Keniya Akiba maliyyə pozuntuları ilə bağlı qalmaqal fonunda istefa verib.

Milli.Az yYenisabah.az-a istinadla xəbər verir ki, Akiba 2011-2020-ci illər arasında həyat yoldaşı və anasının ofisinin kirayəsi üçün təxminən 14 milyon yen (təxminən 105 min dollar) ödəməkdə şübhəli bilinir və onlar gəlirlərini bəyan etməyiblər.

Həmçinin, bildirilir ki, o, 2021-ci ilin oktyabrında parlamentin aşağı palatasına seçki kampaniyası zamanı işləri dövlət tərəfindən ödənilən katiblərinə təxminən 200 min yen (təxminən 1 milyon 400 min dollar) ödəməklə qanunu pozub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.