Dünya

Qum və pomidordan nəhəng Santa Klaus düzəltdi - VİDEO

26 Dekabr 2022 17:08
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik bazar günü Odişa əyalətinin şərqindəki Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə nəhəng Santa Klaus heykəlini ictimaiyyətə təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətkarın "Twitter" səhifəsində yazdığına görə, o, 15 şagirdinin köməyi ilə eni 18,2 m və hündürlüyü 8,2 m olan əsər yaradıb.

Abidənin yaradılmasına 1,5 ton pomidor sərf olunub.

Qeyd edək ki, Pattnaik qumdan əl işləri ilə bütün dünyada tanınır. Onun bəzi əsərləri Ginnesin Rekordlar Kitabına daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.