Dünya

Parisdə şiddətli toqquşmalar olub

25 Dekabr 2022 21:09
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında şiddətli toqquşmalar olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ötən gün Parisdə bir nəfər kişi odlu silahdan atəş açaraq üç nəfəri öldürüb, daha üç nəfəri yaralayıb. Ölənlərin kürdəsilli şəxslər olduğu bildirilib.

Nümayişçilər hüquq-mühafizə orqanlarının yaratmaz fəaliyyətinə və cinayətkarlıqla mübarizəyə lazımi diqqət ayırmamasına hiddətləniblər.

İğtişaşlar zamanı 11 nəfər saxlanılıb.

Paris şəhərinin hüquq mühafizə orqanlarının məlumatına görə, etirazçılarla toqquşma zamanı 31 polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, iğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, bir neçə mağazanın şüşələri sındırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.