Dünya

Roqozin azərbaycanlının restoranında vurulub - FOTO

22 Dekabr 2022 12:16
Baxış: 1 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roskosmos"un keçmiş baş direktoru, "Çar canavarları" qrupunun hərbi müşavirlərinin rəhbəri Dmitri Roqozinin yaralandığı "Şeş beş" restoranı azərbaycanlı iş adamı Qeys Məmmədova məxsusdur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, böyük şəbəkəyə malik olan restoranın Bakı ilə yanaşı, Rusiyanın bir neçə iri şəhərində filialları da fəaliyyət göstərir.

Qeys Məmmədov Gürcüstandandır və Rusiyada kifayət qədər tanınmış şəxsdir.

Qeyd edək ki, dünən gecə saatlarında Ukrayna ordusu Donetskdə "Roskosmos"un keçmiş direktoru Dmitri Roqozinin olduğu "Şeş beş" restoranını vurub. Nəticədə 2 nəfər ölüb, Roqozin də daxil olmaqla, 7 nəfər yaralanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.