Dünya

Bu ölkədə dövlət işçilərinə “TikTok” qadağan edildi

22 Dekabr 2022 16:54
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ senatı rəsmi olaraq dövlət qulluqçularına iş telefonlarında "TikTok"dan istifadəsi qadağan edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, senat sözçüləri qəbul edilmiş layihənin bu həftənin sonuna qədər qüvvəyə minəcəyini bildirib. Belə ki, onlar "TikTok" sosial şəbəkəsinin Amerikanın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi olacağını iddia edib.

Layihə təsdiq olunduqdan sonra hazırkı prezident Co Bayden tərəfindən imzalanacaq.

Qeyd edək ki, Amerikada istifadəçilər arasında "TikTok"un geniş yayılması hələ keçmiş prezident Donald Trampın narahatlığına səbəb olmuşdu. O, bu sosial platformanın məhdudlaşdırılması üçün səy göstərsə də, bu cəhdi heç bir nəticə verməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.