Dünya

Qatarı Kamazla toqquşmadan santimetrlər ayırdı - VİDEO

21 Dekabr 2022 20:27
Baxış: 1 052
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskva yaxınlığındakı Dmitrovda elektrik qatarı relsdə ilişib qalmış "KamAZ" markalı yük maşınına bir neçə santimetr qalmış dayana bilib.

Milli.Az bildirir ki, hadisənin videosunu "360" Telegram kanalı yayıb.

Görüntülərdə qatarın dəmir yolu keçidində dayanmış yük maşınına yaxınlaşması əks olunub. İşıqforda qırmızı işıq yanıb, qatarın yaxınlaşdığını bildirən zəng çalıb. Son anda maşinist sürəti azaltmağa və qəzadan yayınmağa nail olub - qatar elə KamAZ-ın yanında dayanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.