Dünya

Bu ölkədə siqaret tamamilə qadağan ediləcək

14 Dekabr 2022 20:20
Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Zelandiya gələn ildən tütün məmulatlarına tamamilə qadağa tətbiq edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Qeyd olunub ki, ölkə parlamentinin qəbul etdiyi qanuna əsasən 2008-ci ildən sonra doğulan hər kəs heç vaxt siqaret və ya tütün məmulatı ala bilməyəcək.

Bu o deməkdir ki, tütün ala bilənlərin sayı ildən-ilə azalacaq. Məsələn, 2050-ci ilə qədər 40 yaşlı insanlar siqaret almaq üçün çox gənc olacaqlar.

Qanun layihəsini təqdim edən səhiyyə naziri Ayeşa Verrol bunun siqaretsiz gələcəyə doğru bir addım olduğunu bildirib:

"Minlərlə insan daha uzun və sağlam ömür sürəcək, səhiyyə sistemi siqaretin səbəb olduğu xəstəliklərin müalicəsi ehtiyacını aradan qaldıraraq 3,2 milyard ABŞ dolları qazanacaq".

Noyabr ayında açıqlanan hökumət statistikasına görə, Yeni Zelandiyada siqaret çəkmə nisbətləri artıq tarixi minimuma enib, keçən il 9,4% ilə müqayisədə böyüklərin cəmi 8%-i gündəlik siqaret çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.