Dünya

Bu ölkə Ukraynaya təxminən 2 milyard dollarlıq hərbi yardım edib

12 Dekabr 2022 23:57
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın Ukraynaya verdiyi hərbi dəstəyin ümumi məbləği təxminən 2 milyard ABŞ dollarıdır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında deyib.

Polşa liderinin sözlərinə görə, onlar Almaniya prezidenti ilə Ukraynanın var güc ilə dəstəklənməli olduğuna dair eyni fikri bölüşürlər.

"Ukraynanı hərbi mənada dəstəkləməliyik. Polşa hərbi dəstək üçün belə bir fürsət yaradır, o cümlədən bu dəstəyin həyata keçirilməsi üçün ərazisini təmin etməklə. Öz standartlarımıza görə Ukraynaya böyük dəstək göndərmişik. Biz bunu təxminən 2 milyard dollar dəyərində qiymətləndiririk. Bu, bizim üçün çox böyük məbləğdir", - A.Duda deyib.

"Daim Ukraynanı dəstəkləyirik. Polşada istehsal olunan silahların özünü doğrultduğunu və Ukrayna əsgərlərinə kömək etdiyini eşitməyə şadıq", - o əlavə edib.

Daha əvvəl Polşanın Ukraynaya tanklar, pilotsuz uçuş aparatları, digər hərbi texnika, döyüş sursatları, təyyarələr üçün ehtiyat hissələri verdiyi bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.