Dünya

İranda daha bir etirazçı dar ağacından asıldı

12 Dekabr 2022 10:46
Baxış: 1 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Məşhəd şəhərində Məcid Rza Rahnəvərd icimaiyyətin qarşısında dar ağacından asılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü "əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə" çərçivəsində icra olunub.

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki bölməsi Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxanb. Hökmü dekbarın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.