Dünya

Vuçiçdən çağırış: Konfliktdən qaçın

12 Dekabr 2022 21:00
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kosova və Metoxiyada yaşayan serblər Avropa Birliyi missiyasının üzvləri (EULEX) və NATO KFOR qüvvələri ilə konfliktdən qaçmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"KFOR və EULEX əməkdaşlarına heç kimin toxunmaması üçün bu, çox vacib mesajdır. Biz sülhə çağırırıq, danışığa çağırırıq ki, saxlanılan günahsız insan azad edilsin" - deyə Vuçiç vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Serbiya xüsusi xidmət orqanlarının məlumatına görə, Kosova qüvvələri təxribat törədə, etirazçılar adı altında Aİ və Şimali Atlantika Alyansının nümayəndələrinə hücum edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.