Dünya

Hündürlüyü iki km olan göydələn tikilməsi planlaşdırılır

12 Dekabr 2022 17:27
Baxış: 1 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan - BƏƏ-nin Dubay şəhərindəki 828 metrlik "Burj Khalifa"dan iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir.

Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın bir neçə şirkətləri iştirak edir.

Məlumata görə, 2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan "Mirror Line" meqapolisinin tikintisinə başlanılıb.

Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.