Dünya

Uşaqları səs-küy saldığı üçün qonşusunu GÜLLƏLƏDİ - FOTO

10 Dekabr 2022 21:16
Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə kişi qonşusunu güllələyib.

Hadisə Bursa şəhərində, İldırım qəsəbəsində baş verib. 35 yaşlı İsmət. Y alt mərtəbədəki qonşusu 23 yaşlı Süleyman. Ö-nün uşaqlarının çoxsəs-küy elədiyini deyərək, onlara gedib. Burada tərəflər arasında dava düşüb. Digər qonşular onları aralayıb.

Bundan sonra İsmət. Y evinə qayıdıb və tapança götürərək, yenidən qonşusunun evinə gedib. Qapını açan Süleyman. Ö-yə 6 dəfə atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb. Güllələr zərərçəkmişin qol və sinəsinə dəyib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək, əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cinayətkar 1 saat sonra saxlanılıb. Təqsirləndirilən şəxs polisə ifadə verdikdən sonra barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təhvil verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.