Dünya

Aşağı qiymət yazan müəlliminə görün nə etdi

10 Dekabr 2022 05:22
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Çeboksarıda Çuvaşiyanın "Rosreestr" filialının direktoru İqor Taturanın Georgi adlı oğlu coğrafiya müəlliməsini izləyib.

Milli.Az bildirir ki, bu barədə "Podyom" Telegram kanalı məlumat yayıb.

O, qadını izləyib və videoya çəkib. "Bu gün verilişimizdə ölkənin əsas fahişəsidir. Onu maşında gəzdirəcək bir kişi yoxdur. Sən necə də çirkinsən!", - oğlan deyib.

O, videonu "şəxsi istifadə üçün" çəkdiyini və bunun şəbəkəyə necə düşdüyünün bilmədiyini izah edib. Bir gün sonra o, üzr videosu çəkib. Oğlan pis qiymət aldığı üçün özünü belə apardığını deyib.

Çuvaşiyanın Təhsil Nazirliyi də vəziyyətə münasibət bildirib. Şöbə bu kimi  hallarının qarşısının alınmasını gücləndirməyi tövsiyə edib, həmçinin müəllimlərə qarşı qeyri-etik davranışları pisləyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.