"Rusiyanın Kursk vilayətində aerodroma PUA hücumu nəticəsində yanacaq anbarında yanğın olub".
Milli.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoy bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilib ki, hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları fəaliyyət göstərir.
Milli.Az