Dünya

Yunanıstanda polisin gənci yaralaması iğtişaşa səbəb olub

6 Dekabr 2022 08:43
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Saloniki şəhərində polisin qaraçı millətindən olan gənci yaralaması iğtişaşa səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, polis yanacaqdoldurma məntəqəsinə ödəniş etməyən 16 yaşlı gənci təqib edərək atəş açıb. Hadisə nəticəsində yaralanan oğlan xəstəxanaya çatdırılıb.

Hadisə qaraçı icması arasında ciddi narazılıq yaradıb. Onlar gecə saatlarında Saloniki küçələrində təkərlərə və tullantı qablarına od vurublar. İğtişaş zamanı mağazaların vitrinləri sındırılıb.

Təhlküəsilik qüvvələri Molotov kokteylindən istifadə edən kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombaları tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.