Dünya

Xəstəxanada ağlasığmaz olay - 72 yaşlı qadın otaq yoldaşının...

3 Dekabr 2022 18:28
Baxış: 1 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya xəstəxanasında qadın otaq yoldaşının süni nəfəs aparatını söndürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Manhaym şəhərində baş verib.

72 yaşlı qadın 79 yaşlı otaq yoldaşının süni nəfəs aparatını "səsdən narahat olduğu üçün" söndürüb.

Xəstəxana işçiləri vəziyyətə müdaxilə edərək xəstəyə oksigen verilməsinin həyati əhəmiyyət daşıdığını ona çatdırıblar.

Lakin sonrakı saatlarda yaşlı qadın yenidən süni nəfəs aparatına müdaxilə edib.

72 yaşlı qadın adam öldürməyə cəhddə ittiham olunur.

Süni nəfəs aparatı söndürülən xəstə müdaxilə ilə həyata qaytarılıb. Onun həyati təhlükəsi yoxdur və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.