Dünya

Almaniya F-35-lər almaq istəyir

1 Dekabr 2022 09:00
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya 2022-ci ilin sonunda Amerikanın beşinci nəsil "F-35" qırıcılarının alınması üçün müqavilə bağlamağı planlaşdırır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O qeyd edib ki, "F-35"lər Almaniyanın NATO-da nüvə iştirakına töhfə verməyə davam edə bilməsi üçün lazımdır. Nüvə silahlarının paylaşılması Alyansın çəkindirmə konsepsiyası ilə bağlıdır.

Almaniyada atom bombası olmamasına baxmayaraq, alman təyyarələri hərbi əməliyyatlar zamanı Amerika nüvə başlıqlarını daşıya bilər. İndiyədək bu vəzifə Bundesverlə xidmətdə olan "Tornado" kəşfiyyat təyyarələrinə həvalə edilib. Onların 2025-ci ildə başa çatacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.