Dünya

5-ci sinif şagirdi donub öldü

1 Dekabr 2022 03:22
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Perm diyarının Qubaxa şəhərindən olan 5-ci sinif şagirdi küçədə donub ölmüş halda tapılıb.

Milli.Az REN TV-yə istinadən bildirir ki, oğlanın yanında nənəsindən oğurladığı bir şüşə spirtli içki olub.

Telekanalın məlumatına görə, noyabrın 28-də 11 yaşlı uşaq nənəsinin yanına gəlib, sonra isə bir yarım litrlik spirtli içki oğurlayaraq küçəyə çıxıb. Uşaq evə qayıtmasa da, anası kömək üçün polisə müraciət etməyib. Ertəsi gün məktəblinin meyiti istilik magistralının yanında tapılıb. Ölümün səbəbi hipotermiya göstərilib.

Mərhum məktəblinin ailəsində daha bir uşaq var, onun dörd yaşı var.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.