Dünya

"Hamısının kökünü kəsəcəyik" - Ərdoğan

22 Noyabr 2022 21:21
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tanklarımız və əsgərlərimizlə ən qısa zamanda hamısının kökünü kəsəcəyik"

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yusufeli bəndinin açılışında etdiyi çıxışda Suriyaya quru əməliyyatı mesajı verib.

Suriyada davam edən əməliyyatlardan danışan Ərdoğan, terrorçuların kimliyini, yerini və qeydlərini bildiklərini vurğulayıb:

"Terrorçuları kimin himayə etdiyini, silahlandırdığını və təşviq etdiyini də çox yaxşı bilirik. Hərf oyunları, terror təşkilatının adını dəyişdirərək, əsgərlərini oxşayaraq Türkiyənin diqqətini yayındıra biləcəklərini düşünənlər üçün yolun sonu gəldi.

Sərhədlərimizə və vətəndaşlarımıza hücumların davam etdiyi yerlərdə təhlükəsizlik xəttini olması lazım olan yerə çəkməyimizə heç kim mane ola və ya ona qarşı çıxa bilməz. Bir neçə gündür ki, təyyarəmiz, topumuz və SİHA-mızla terrorçuların üstündəyik. İnşallah, ən qısa zamanda hamısının kökünü kəsəcəyik"-deyə Türkiyə prezidenti bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.